İnsanlara hürriyət, millətlərə istiqlal!

Təhlükəli xəbərdarlıq: trilyonlarla litr su gedəcək

Süni intellekt sistemlərinə xidmət göstərən məlumat mərkəzlərinin su və enerji istehlakının qarşıdakı illərdə kəskin artacağı bildirilir.

Musavat.com xəbər verir ki, BMT-nin Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun (UNU-INWEH) hesabatına görə, süni intellekt məlumat mərkəzlərinin su istehlakı 2030-cu ilə qədər 9,3 trilyon litrə çatacaq.

Bu həcm Afrikada yaşayan təxminən 1,3 milyard insanın bir illik əsas məişət su tələbatına bərabərdir.

Hesabatda qeyd olunur ki, qlobal elektrik istehlakı da 2030-cu ildə 945 teravatt-saata yüksələcək. Bu göstərici Pakistan, Banqladeş və Nigeriyanın ümumi illik elektrik istehlakının təxminən üç mislinə bərabərdir.

Araşdırma BMT-nin Su, Ətraf Mühit və Sağlamlıq İnstitutu (UNU-INWEH) tərəfindən hazırlanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR