Onlayn ictimai-siyasi qəzet
Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında üçtərəfli danışıqların növbəti raundunun planları və keçirilmə müddəti ilə bağlı Kremldə hər hansı məlumat yoxdur.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyanatla çıxış edib.
Kreml rəsmisi Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanovun Ukrayna və Rusiya nümayəndə heyətləri arasında sentyabr ayında yeni görüşün keçirilə biləcəyi ilə bağlı verdiyi bəyanatını şərh edərkən belə bir məlumatın olmadığını diqqətə çatdırıb.
Peskov əlavə edib ki, Moskva tərəfi danışıqlar prosesinin dəqiq tarixləri və gündəliyi barədə hələlik heç bir rəsmi məlumat və ya təklif almayıb.
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ