Onlayn ictimai-siyasi qəzet
Aparıcı Elgiz Əkbər Əməkdar artist Mehriban Xanlarovadan incidiyini bildirib. Buna səbəb isə aparıcının anasının vəfat etdiyi zaman aktrisanın ona başsağlığı verməməsi olub.
Musavat.com xəbər verir ki, Mehriban Xanlarova Elgizin bu sözlərinə münasibət bildirib. Aktrisa aparıcının anasının vəfat etməsindən xəbərsiz olduğunu deyib.
“Özünə görə haqqı var. Amma ətrafındakılar zəng edib deyərdi. Heç paltarımı dəyişmədən, ev geyimində qaçıb gedərdim. Elə şeylərə fikir verən insanam. Allah bütün analara rəhmət eləsin.
İnanın, bilməmişəm. Elə şey olar ki, bilim və getməyim? Nə olub ki? Tonlarla çörək kəsmişik, çiyin-çiyinə işləmişik. Bu gün bilmişəm ki, Elgizin anası dünyasını dəyişib”, – deyə Mehriban Xanlarova bildirib.
Könül
Musavat.com
10 Sentyabr 2026
00:14 SON DƏQİQƏ: Soçiyə dəhşətli hücum başladı - Şəhərdə güclü partlayışlar, əhali panikada - VİDEO
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ