Onlayn ictimai-siyasi qəzet
Hötə yaşca Puşkindən çox böyük olubdur, aralarında az qala bir əsrlik yaş fərqi olub. Amma biri-birlərinin müasiri olublar, baxmayaraq ki, şəxsi tanışlıqları olmayıb. Əlbəttə, Puşkin Höteni tanımaya bilməzdi, adam dünyanın ən böyük şairlərindən biri sayılırdı və indi də sayılır. Deyilənə görə Höte də Puşkini tanıyırmış. Bu necə olub – çox maraqlı detaldır. Ruslar həmişə alman dövlətçiliyinə (Prussiya), hərb sənətinə, mədəniyyətinə maraq göstəriblər, hər alman dahisinin ətrafında demək olar ki, bir rus olub: Kantla bağlı da belə olub, Bethovenlə də, Höte ilə də. Höte ilə Puşkinin qiyabi tanışlığı da belə ruslradan birinin sayəsində olub.
Bunları niyə deyirəm? Bu günlərdə Rusiya ilə Almaniya arasında da soyuqluq müşahidə olunur, diplomatik əlaqələr məhdudlaşdırılır. Xarici işlər naziri S.Lavrov gərginliyi aradan qaldırmaq əvəzinə onu bir az da artırır. Yaranmış vəziyyəti 2-ci dünya müharibəsinin ərəfəsilə müqayisə edir, bundan sonra daha heç vaxt Qərblə Rusiya arasında münasibətlərin əvvəlki kimi olmayacağını deyir...
Niyə? Nə üçün? Burada mənim yadıma bir detal da düşür. Rusiya telekanallarının birnidə isterik (siyasi jurnalistikaları, axır vaxtlar da rəsmi açıqlamaları (Solovyov, Zatulin, Zaxarova və b.) isteriyadan başqa bir şey deyil) bir debat verirdilər və “politoloq”lardan biri qayıtdı ki, qoy, hamısı bizdən qorxsun, bu, bizim maraqlarımıza daha çox cavab verir!..
Təsəvvür edirsinizmi? Yaddaş adama rahatlıq vermir. Bir detal da gəlir xatirimiə. 80-ci illərin axırları olardu. Şərqi Avropada həyəcanlamalar baş verirdi. Oradan bir mitinq göstərirdilər. Bir plakat hamıdan çox gözə sataşırdı. Üzərində “İvan, idi domoy!” sözləri yazılmışdı. İndi də az qala on milyonlarla ukraynalı da belə deyir: “İvan, idi domoy”.
O ki qaldı Puşkinə və Höteyə, əlbəttə, demirəm ki, onları oxuyan almanlar və ruslar mələkdirlər, mələkmisaldırlar. Yox, belə olsaydı 41-45-ci illər müharibəsi olmazdı, Osvensim, Buhenvald, QULAQ olmaz, ya da hər şey başqa cür olardı. Puşkinin özünü ruslar özləri azadlığın və imperiyanın nəğməkarı adlandırırlar, Hötenin “interpretatorları” haralara gedib çıxırlar, bu haqda yaxşısı susmaqdır. Amma böyük hesabla onların hər ikisi azadlığın nəğməkarı olublar.
Yeri gəlmişkən, Höte Avropanın birləşməsinin böyük tərəfdarı imiş, buna görə bir ara Napoleonun pərəstişkarı olub. Amma axırda məyusluq baş verib. Həmişə belə olur: hökmdarlar şairləri həmişə məyus edirlər. Bir neçə il bundan əvvəl A.Soljenitsınla Putunin görüşünü –söhbətini verirdilər. Belə təsəvvür yaradırdılar ki, guya onlar biri-birini yaxşı başa düşürdülər.
Yenidənqurma vaxtı da bu adamın “Rusiyanı necə quraq?” adlı yazısı vardı, hansını ki, Qorbaçov guya qələmlə oxuduğunu deyirdi. Bilimirəm, artıq yadımda deyil, bəlkə o yazıda Soljenitsın Ukraynanı və Belarusu heç kimə verməməyi vəsiyyət edibmiş? Hətta belə olsa da buna təəcccüblənmərəm, amma təkrar deyirəm ki, artıq xatırlamıram, amma məncə, dahi rus yazıçısı da Ukraynanı da, Belarusu da özününkü, bəli, böyük Rusiyanın bir hissəsi sayırdı...
Bugünlərdə ABŞ “diplomatları” (yaxud da “kəşfiyyatçı”ları!) düz səkkizinci dəfə Rusiyaya Ukrayna məsələsini müzakirə etməyə gəldilər. Əlbəttə, təklif varsa, onlarda güzəştlər də olmalıdır. Bu haqda hələ danışmırlar. İnanmlırıq ki, bir şey alınsın, çünki həm Ukrayna razı olmayacaq buna, həm də Rusiyanın sülh mədəniyyəti yoxdur. Rusiya haradansa “döyülərək” qovulub–çıxarıla bilər.
Bəzən deyirlər ki, guya üçüncü dünya müharibəsi olmadı, amma məncə, bu, düz deyil, oldu, özü də yarım əsrdən çoxdur davam edir. Sözsüz, Rusiyanın SSRİ - dən üstünllükləri var, ona görə “üçüncü savaş” uzanır.
Birincisi, SSRİ iqtisadi cəhətdən çökdü. Rusiyanı buna vadar etməksə çox çətindir, nə qədər olmasa, hər halda bazar iqtisadiyyatıdır, haradan sıxırsan, axır bir yol tapır.
İkincisi, onda dünyanın böyük bir hissəsi SSRİ-yə qarşı idi, indi belə deyil, Rusiyaya təkcə Şimali Koreya dəstək vermir, az qala, qeyri – formal şəkildə Rusiya – Çin - İran geosiyasi formatı yaranıb. Ona görə çətindir. Amma Ukrayna ilə müharibə alman-sovet müharibəsindən çox çəkdi deyəsən. Kim də olmasa, baş diplomat Lavrov bunun fərqində olmalı, ruslara daha məntiqli məsləhət verməlidir. Amma onun ruslara dəxli varmı? Adam bir sənəddə erməni, digərində isə rus göstərilir. Gəl indi, bir, gör, kimə inanırsan...
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ