Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Moldovadan yola düşərkən dron zərbəsindən son anda yayınıb.
Musavat.com xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Störe NRK telekanalına bildirib.
Norveç hökumət rəhbərinin sözlərinə görə, hadisə Ukrayna liderinin Osloya səfəri zamanı baş verib.
"Moldovadan havaya qalxarkən onun təyyarəsi az qala bir dron tərəfindən vurulacaqdı. O, məhz belə bir reallıqla üzləşdi", - deyə Störe qeyd edib.
Zelenskinin Norveç paytaxtına səfəri rəsmi matəm tədbirlərində iştirakla başlayıb. Ukrayna Prezidenti Norveç Kralı Haraldın dəfn mərasimində iştirak edib.
Musavat.com
10 Sentyabr 2026
00:14 SON DƏQİQƏ: Soçiyə dəhşətli hücum başladı - Şəhərdə güclü partlayışlar, əhali panikada - VİDEO
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ