Onlayn ictimai-siyasi qəzet
İsveçrənin nüfuzlu nəşrlərindən olan Neue Zürcher Zeitung (NZZ) “Niyə Avropa böyümür?” sərlövhəli məqaləsini qalmaqallı illüstrasiya ilə təqdim edib.
Musavat.com xəbər verir ki, sözügedən vizualda Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trump iri fiqurlar kimi təsvir olunub, Avropa ölkələrinin liderləri isə onların ətrafında kiçik – simvolik olaraq “cırtdan” obrazda göstərilib.
Qəzetin bu təqdimatı Avropanın geosiyasi müstəqilliyi və strateji yetkinliyi ilə bağlı tənqidi yanaşmanın vizual ifadəsi kimi dəyərləndirilir. Məqalədə Avropa İttifaqının qlobal güc balansında daha müstəqil və təsirli aktora çevrilə bilməməsi məsələsinə toxunulduğu bildirilir.
Nəşrin seçdiyi illüstrasiya sosial mediada da müzakirələrə səbəb olub.
Musavat.com

06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ