Onlayn ictimai-siyasi qəzet
İrəvanda elektrik yarımstansiyasında baş verən yanğın nəticəsində şəhərin bir sıra rayonlarında qəza səbəbindən işıq kəsilib.
Musavat.com xəbər verir ki, elektrik enerjisi müvəqqəti olaraq Kentron (Mərkəz), Arabkir, Davtaşen və Malatiya–Sebastiya rayonlarında dayandırılıb.
Məlumata görə, aidiyyəti qurumlar hadisənin səbəblərini araşdırır, bərpa işləri isə davam etdirilir. Elektrik enerjisinin nə vaxt tam bərpa olunacağı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Musavat.com
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ