Onlayn ictimai-siyasi qəzet
İranda qadınlar arasında sürətlə yayılan bu trend artıq adi etiraz forması deyil, rejimə açıq meydan oxumaqdır.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan foto və videolarda gənc qadınların ölkənin ali rəhbəri Əli Xamneyinin yanan şəkillərindən siqaret yandırdığı görünür.
Bu cür simvolik etirazlar qorxu səddinin sındığını açıq şəkildə göstərir. Qadınlar artıq yalnız küçələrdə deyil, rejimin “toxunulmaz” saydığı fiqurları simvolik şəkildə aşağılamaqla da etiraz edirlər.
Bu görüntülər etirazların yeni mərhələyə keçdiyini göstərir - səssiz itaətdən açıq lağa qoymaya, qorxudan nümayişkaranə meydan oxumaya. İran küçələrində başlayan proses indi simvollar üzərindən bütün dünyaya yayılır.
Musavat.com
10 Iyun 2026
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ