İnsanlara hürriyət, millətlərə istiqlal!

İnanılmaz dönüş: itən pişik 5 ay sonra 250 km yol...

2025-ci ilin avqustunda Fransa vətəndaşları Patrik və Evelin Sir avtomobillə İspaniyaya etdikləri səyahətdən geri dönərkən yolüstü yanacaqdoldurma məntəqəsində qısa fasilə veriblər. Avtomobilin pəncərəsinin azca açıq qalması isə gözlənilməz hadisəyə səbəb olub – onların “Fil” adlı pişiyi səssizcə maşından düşüb.

Musavat.com xəbər verir ki, cütlük yoluna davam edərkən pişiyin avtomobilin içində yatdığını düşünüb. Yalnız bir neçə saat sonra Filin yoxa çıxdığı məlum olub. Avtomobil daxilində və dayanacaq ərazisində aparılan axtarışlar nəticə verməyib. Sir ailəsi ətrafdakı insanlardan məlumat alıb, heyvanları qoruma təşkilatlarına müraciət edib. Zaman keçdikcə onlar pişiyin birdəfəlik itdiyi fikri ilə barışıblar.

Lakin 2026-cı ilin əvvəlində hadisə tamamilə gözlənilməz dönüş alıb. Helen adlı qonşu ailə ilə əlaqə saxlayaraq qapısının önündə arıqlamış və taqətdən düşmüş bir pişiyin peyda olduğunu bildirib. Məlum olub ki, bu, aylar əvvəl itən Fil idi.

Mütəxəssislər bildirirlər ki, Filin 250 kilometrdən artıq məsafəni qət edərək bir neçə regionu və dövlət sərhədini necə keçdiyi hələ də izah olunmur. Baytarların sözlərinə görə, heyvanlar güclü məkan yaddaşına və instinktiv istiqamət tapma qabiliyyətinə malikdirlər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR