Onlayn ictimai-siyasi qəzet
16 sentyabr 2025-ci il tarixindən etibarən "Green Card" Lotereyasının bütün iştirakçılarından 1 ABŞ dolları məbləğində ərizə haqqı ödəmələri tələb olunur.
Bu dəyişiklik əlavə elektron ərizə rüsumudur və ərizənin təqdim edilməsi zamanı tutulur.
Əvvəllər iştirak pulsuz idi və yeganə rüsum 330 dollar idi ki, onu da yalnız viza üçün müraciət edən və qazananlar ödəyirdi.
Yeni rüsum lotereya xərclərini bir neçə şəxs deyil, bütün müraciət edənlər arasında daha ədalətli bölüşdürmək məqsədi daşıyır. Konkret olaraq, vəsait məlumatların emalı və mühafizəsi, qaliblərin avtomatik seçilməsi və proqramın texniki infrastrukturunun saxlanılması ilə bağlı illik xərcləri qarşılayacaq.
330 ABŞ dolları məbləğində viza ərizəsinə baxılması üçün əsas rüsum dəyişməz olaraq qalır.//Unikal
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ