Onlayn ictimai-siyasi qəzet
Ötən gecə ABŞ qüvvələri SEPAH-ın iki ABŞ hərbi gəmisinə ballistik raketlər atmasından sonra İrana məxsus üç neft tankerini vurduğunu elan edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ötən həftənin əvvəlində iki tərəf bir aydan çox müddət ərzində ilk dəfə qarşılıqlı zərbələr endirib.
İran ABŞ hərbi gəmilərinə ballistik raketlərlə uğurlu zərbələr endirdiyini və onların zədələnərək münaqişə zonasından çıxdığını açıqlayıb.
ABŞ Mərkəzi Komandanlığı(CENTCOM) isə bunu təkzib edib: "ABŞ təyyarədaşıyan gəmisi və idarə olunan raket esminesi İranın çoxsaylı səbəbsiz hücumlarından uğurla yayındı".
Cavab olaraq ABŞ qüvvələri SEPAH-ın “Xarq adası yaxınlığındakı M/T Downy və Cask yaxınlığındakı M/T Stark 1 tankerlərini birdəfəlik sıradan çıxardı".
CENTCOM-un məlumatına görə, Fars körfəzinin xaricində boşaldılmış xam neft tankeri M/T Kylo da çoxsaylı zərbələrdən sonra yararsız hala salınıb və "tamamilə məhv edilib": “Gəmilər "SEPAH və onun regional nümayəndəliklərini maliyyələşdirən çoxmilyardlıq kölgə şəbəkəsinin bir hissəsidir. SEPAH-ın mesajı aydın olsun: Əgər iki gəmimizə atəş açsanız, sizin üçünü məhv etməklə daha böyük iqtisadi ziyan vuracağıq".
Pentaqon rəhbəri Pit Heqset daha sonra vəziyyətə reaksiya verərək bildirib ki, ABŞ həm Yaxın Şərqdə, həm də Hind-Sakit okeanında İranın neft tanker donanmasına zərbə endirə bilər: "Bu, sadədir: əgər İran ABŞ gəmilərinə atəş açmağa başlasa, biz onların neft tankerlərini məhv edəcəyik (və batıracağıq). Onların etməli olduqları tək şey ABŞ ordusuna atəş açmağı dayandırmaqdır... İranın neft tanker donanması müdafiəsizdir - İranın nə dəniz, nə də hava qüvvələri var".
CENTCOM daha sonra İranın M/T Kylo neft tankerinin batması görüntülərini yayıb. Görüntülərdən aydın olur ki, hücum zamanı gəminin gövdəsinə ən azı dörd raket zərbəsi endirilib. Yanğın baş verib. Daha sonra tanker çevrilib və batıb.
Musavat.com
06 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ