İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözəllik salonunda dəhşət - Qadını elektrik vurdu və...

Saç baxımı üçün getdiyi gözəllik salonunda elektrik cihazının yaratdığı qısaqapanma nəticəsində bir qadın çətin anlar yaşayıb.

Musavat.com xəbər verir ki, təhlükəsizlik kamerasına düşən görüntülərdə saç düzləşdirən cihazdan qəfil qığılcımların çıxdığı və qadının elektrik axınına məruz qaldığı əks olunub.

Hadisənin harada baş verməsi ilə bağlı ziddiyyətli məlumatlar yayılıb. Sosial mediada görüntülərin Taylandda qeydə alındığı iddia edilsə də, bəzi mənbələr hadisənin Çində baş verdiyini irəli sürür. Rəsmi qurumlar tərəfindən hadisənin yeri və zərərçəkmişin səhhəti ilə bağlı hələlik dəqiq bir məlumat verilməyib.

Mütəxəssislər bu cür bədbəxt hadisələrin qarşısını almaq üçün gözəllik salonlarında istifadə olunan elektrik avadanlıqlarının mütəmadi olaraq texniki baxışdan keçirilməsinin və qaçak axın qoruyucu sistemlərinin tətbiqinin vacib olduğunu xatırladırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR