İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə tikinti konstruksiyası aşdı - Xəsarət alanlar var

Gəncədə tikinti-bərpa işləri aparılan ərazidə quraşdırılan dəmir konstruksiyanın aşması nəticəsində biri azyaşlı olmaqla, üç nəfər xəsarət alıb.

Musavat.com "Teleqraf"a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Bildirilir ki, binaların üzlüyünün yenilənməsi üçün quraşdırılmış dəmir konstruksiya qəflətən aşaraq insanların üzərinə düşüb.

İlkin ehtimallara görə, xəsarət alan şəxslər həmin ərazidən keçirmişlər.

Hadisə ilə bağlı araşdırma davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Sentyabr 2026

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR