Onlayn ictimai-siyasi qəzet
Gənclər və idman naziri Fərid Qayıbov özünə yeni müşavir təyin edib.
Bununla bağlı nazir müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Ramil Cabbarov gənclər və idman nazirinin müşaviri vəzifəsinə təyin olunub.
O, bu təyinatadək nazirliyin Gənclərlə iş şöbəsinin müdiri işləyib. Həmin şöbəyə müdir isə Ülviyyə Axundova təyinat alıb.
Xatırladaq ki, 1988-ci il təvəllüdlü R.Cabbarov 2021-2023-cü illərdə də gənclər və idman nazirinin müşaviri vəzifəsində çalışıb./İqtisadiyyat/

05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ