İnsanlara hürriyət, millətlərə istiqlal!

Elxan Məmmədov müdaxilə etdi, İnfantino suallardan belə qaçdı - Dominikanda qalmaqal+Video  

FIFA prezidenti Canni İnfantino “Sky News”un jurnalistinin suallarından yayınarkən etdiyi zarafatla diqqət mərkəzinə düşüb.

Xitab24.az xəbər verir ki, “Sky News”un jurnalisti Ceyms Metyus FIFA prezidentini Dominikan Respublikasında yaxalayaraq son dövrlər dünya futbolunda böyük rezonans doğuran qalmaqalla bağlı suallar ünvanlayıb.

Jurnalist İnfantinodan Dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması ilə bağlı qalmaqallı plan, həmçinin onun istefası ilə əlaqədar çağırışlar barədə soruşub.

Lakin FIFA prezidenti suallara konkret cavab vermək əvəzinə jurnalistlə zarafat etməyə üstünlük verib. Hər iki şəxsin saçsız olmasına işarə edən İnfantino Metyusa “Bərbərdə görüşərik” deyə cavab verib.

Bundan sonra o, jurnalistin digər suallarını da cavabsız qoyaraq avtomobilinə əyləşib.

Maraqlıdır ki, həmin anı əks etdirən görüntülərdə FIFA-nın Üzv Assosiasiyalar üzrə baş direktoru, AFFA-nın sabiq baş katibi Elxan Məmmədov da yer alıb. Elxan Məmmədov jurnalistə müdaxilə etməsi, İnfantino avtomobilə əyləşərkən nəqliyyat vasitəsinin qapısını açıb-bağalaması ilə diqqət çəkib.

Həmin anın videosunu təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR