Onlayn ictimai-siyasi qəzet
Türkiyənin əsas müxalifət qüvvəsi olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl növbəti seçkilərlə bağlı iddialı açıqlama verib.
Musavat.com xəbər verir ki, partiya lideri bildirib ki, əgər CHP parlament seçkilərində birinci yeri tutmasa, o, siyasətdən çəkiləcək:
“Əgər partiyamız seçkilərdə birinci olmazsa, həmin axşam siyasətdən gedəcəyəm”, – deyə Özgür Özəl qeyd edib.
Xatırladaq ki, Türkiyədə növbəti parlament və prezident seçkilərinin 2028-ci ildə keçirilməsi planlaşdırılır. CHP liderinin bu bəyanatı partiyada və siyasi çevrələrdə geniş rezonans doğurub.
Musavat.com
10 Sentyabr 2026
00:14 SON DƏQİQƏ: Soçiyə dəhşətli hücum başladı - Şəhərdə güclü partlayışlar, əhali panikada - VİDEO
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ