İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ayın sonunda neft qiymətləri kəskin arta bilər - Tramp administrasiyasına xəbərdarlıq edilib

ABŞ neft sənayesi nümayəndələri ehtiyatların tükənməsi fonunda qarşıdakı həftələrdə gözlənilən qiymət artımı barədə Donald Tramp administrasiyasını xəbərdar ediblər.

Musavat.com "Politico"ya isytinadən xəbər verir ki, son həftələrdə Trampın kabinetinin üzvləri də daxil olmaqla ABŞ administrasiyasının rəsmilərinə xəbərdarlıqlar göndərilib. Sənayenin narahatlıqları Yaxın Şərqdən tədarükün kəsilməsi fonunda bazarların anbarlardan neft və neft məhsullarına getdikcə daha çox asılı olması ilə bağlı qiymətləndirmələrindən irəli gəlir.

Adı açıqlanmayan bir neft şirkətinin rəhbəri nəşrə deyib: "Biz artıq təhlükəli dərəcədə aşağı neft ehtiyatları səviyyəsindəyik. İun ayının ortalarında və sonlarında hökumətin ən yüksək səviyyələrində nələrin baş verəcəyi ilə bağlı narahatlıqlarımızı bildirmişik. Ümid edirəm ki, onlar anbarlara diqqət yetirirlər. Biz dibə yaxınlaşırıq".

Qəzetin məlumatına görə, "neft qiymətlərində kəskin artım bu ayın sonunda baş verə bilər". Eyni zamanda "Politico"nun istinad etdiyi Ağ Ev sözçüsünün sözlərinə görə, "onların mənbələrinin məlumatları səhvdir".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR