İnsanlara hürriyət, millətlərə istiqlal!

ANS-in "Böyük Seva"sının ağır əməliyyatdan sonrakı vəziyyəti açıqlandı

Ötən gün beyin əməliyyatı keçirən, hər kəsin ANS telekanalından "Böyük Seva" kimi tanıdığı jurnalist Sevda Həsənovanın son vəziyyəti məlum olub.

Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Neyrocərrahiyyə Xəstəxanasından bildirilib ki, Sevda Həsənova fevralın 2-də, saat 12:10-da onlara müraciət edib.

"Həkim müayinəsindən sonra zəruri tibbi xidmətlər göstərilən pasiyentə sağtərəfli akustik nevrinoma diaqnozu təyin edilib.

Onun üzərində fevralın 6-da sağtərəfli akustik nevrinomanın xaric edilməsi əməliyyatı uğurla icra edilib.

Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, huşu aydın, vəziyyəti stabildir", - deyə məlumatda vurğulanır.

Xatırladaq ki, ötən gün yeddi saatdan çox davam edən əməliyyat zamanı S.Həsənovanın beyin şişinin cərrahi yolla götürülməsi (ekstirpasiyası) prosesi aparılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR