İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İrana qarşı yeni hücum dalğası başlatdı — CENTCOM bəyanat yaydı

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni və genişmiqyaslı hücum dalğası başlatdığını elan edib.

Musavat.com xəbər verir ki, bu haqda ABŞ Mərkəzi Komandanlığı rəsmi "X" hesabında bəyanat yayıb.

Məlumata görə, CENTCOM qüvvələri tərəfindən regionda İrana məxsus təyin olunmuş hərbi hədəflərə və strateji nöqtələrə intensiv raket zərbələri endirilib.

Bəyanatda hərbi əməliyyatın bölgədə təhlükəsizliyin təmin olunması və təhdidlərin neytrallaşdırılması məqsədilə həyata keçirildiyi bildirilir. Hücum dalğasının genişlənməsi fonunda hər iki tərəfdən qarşılıqlı addımların atıldığı və regionda gərginliyin yüksək həddə çatdığı qeyd olunur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR