İnsanlara hürriyət, millətlərə istiqlal!

526 Azərbaycan vətəndaşı saxta viza ilə Almaniyaya girməyə cəhd etdi – "Bild" nəşrindən sensasion açıqlama

Musavat.com xəbər verir ki, Almaniyada 2025-ci ilin yanvar–oktyabr ayları ərzində viza fırıldaqları ilə bağlı ümumilikdə 5569 fakt qeydə alınıb. Bu barədə Bild nəşri rəsmi statistikaya istinadla məlumat yayıb.

Məlumata görə, cari il ərzində saxta vizalarla Almaniyaya daxil olmağa cəhd edənlər arasında ən çox aşağıdakı ölkələrin vətəndaşları olub:

• Türkiyə – 634 nəfər
• Azərbaycan – 526 nəfər
• İran – 462 nəfər
• Suriya – 275 nəfər
• Əfqanıstan – 212 nəfər

Bild yazır ki, aşkar olunan halların əksəriyyəti hava limanlarında və sərhəd-keçid məntəqələrində sənədlərin yoxlanışı zamanı müəyyən edilib. Almaniya hüquq-mühafizə orqanları bu cür halların miqrasiyanın qeyri-qanuni yollarla həyata keçirilməsi və transmilli cinayət şəbəkələri ilə bağlı olduğunu istisna etmir.

Qeyd olunur ki, viza saxtakarlığı ilə mübarizə məqsədilə Almaniyada sərhəd və miqrasiya nəzarəti tədbirləri daha da sərtləşdirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR