Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın sabiq baş naziri Rişi Sunak Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri olub.
Musavat.com xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb.
Məlumata görə, Sunakın Zelenskinin işini dəstəkləmək üçün yaradılan Ukraynanın İqtisadi Bərpası üzrə Beynəlxalq Məsləhət Şurasında ödənişsiz vəzifə tutduğu bildirilir.
Qeyd olunur ki, o, Ukraynanın iqtisadiyyatının bərpası, müdafiə sektoruna investisiyaların cəlb olunması və qarşıdan gələn qış ərəfəsində enerji dayanıqlığının gücləndirilməsi istiqamətində dəstək göstərəcək.
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ