İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni Epşteyn sənədləri açıqlandı: Trampa, Bill Qeytsə qarşı ağır ittihamlar

Uşaq zorakılığında ittiham olunan maliyyəçi Ceffri Epşteyn işi üzrə açıqlanan yeni sənədlərdə prezident Donald Trampa qarşı 13 yaşlı qıza təcavüz etmək ittihamları yer alır.

Musavat.com ABŞ mediasına istinadən xəbər verir ki, üçüncü tərəfin ifadəsinə görə, Tramp qızı onunla qeyri-təbii yolla intim münasibətdə olmağa məcbur edib. Bildirilir ki, yeni sənədlərdə bir neçə min dəfə Trampın adı çəkilir.

Bir neçə hesabatda Epşteynin varlı qonaqlara azyaşlı qızlar təqdim etdiyi Mar-a-Laqo iqamətgahında "təqvim qızı" məclislərindən bəhs olunur. Yeni Epşteyn sənədlərində həmçinin milyarder Bill Qeytsin rus qadınları ilə münasibət qurduqdan sonra cinsi yolla keçən xəstəliyə yoluxduğu iddia edilir.

"The Telegraph" qəzetinin məlumatına görə, 2013-cü il elektron yazışmalarında Epşteyn iddia edib ki, "Microsoft"un qurucusu "rus qadınları" ilə cinsi əlaqədə olduqdan sonra cinsi yolla keçən xəstəliklərə yoluxub.

Qeytsin özü əvvəllər Epşteynlə yaxın münasibətlərini və ya hər hansı bir qanun pozuntusunu inkar edir, yalnız onunla əlaqəsindən peşman olduğunu etiraf edirdi. İndi sənədlər açıqlandıqdan sonra da Bill Qeyts Epşteynin villasında cinsi yolla keçən xəstəliyə yoluxduğu barədə mediada yayılan məlumatları təkzib edib.

İş adamının nümayəndəsinin əThe Daily Telegraphə qəzetinə istinadən verdiyi açıqlamaya görə, “bu iddialar tamamilə absurd və tamamilə yalandır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR