Onlayn ictimai-siyasi qəzet
Dünən Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralının Lənkəran rayonunun Şağlaser kəndi ərazisində qeydə alınıb.
Belə ki, Lənkəran rayon Xarxatan kənd sakini 1976-cı il təvəllüdlü Xanım Nəsirova avtobusdan düşüb yolu keçmək istəyərkən "Audi" markalı minik avtomobili tərəfindən vurulub.
X.Nəsirova Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Daha sonra həkimlərin qərarı ilə Bakıya yola salınan yaralı yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
.jpg)
.jpg)
10 Sentyabr 2026
00:14 SON DƏQİQƏ: Soçiyə dəhşətli hücum başladı - Şəhərdə güclü partlayışlar, əhali panikada - VİDEO
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ