Onlayn ictimai-siyasi qəzet
Ötən gecə Rusiyanın Krasnodar diyarı və Rostov vilayəti yenidən hücuma məruz qalıb.
Musavat.com xəbər verir ki, hər iki bölgədə neft emalı zavodları hədəf olub. İlk olaraq OSINT kanalları Novoşaxtinskdəki neft emalı zavoduna hücum olunduğuna dair məlumat yayıb. Daha sonra Krasnodar diyarındakı Afipsk neft emalı zavoduna hücum və yanğın barədə məlumat verilib.
Rusiya mətbuatı Afipisk NEZ-ə hücum və orada yanğın başladığına dari rəsmi qurumların məlumatını yayıb.
Qeyd edək ki, avqust başlayanda Rusiya hökuməti Ukrayna zərbələrindən sonra işini dayandıran bir sıra neft emalı zavodlarının fəaliyyətlərinin bərpa olunduğuna dair məlumat açıqlayıb. Ondan sonra Ukrayna bu zavodlara hücumları bərpa edib. Avqustun əvvəlindən bəri neft emalı zavodlarına 30-a yaxın zərbə qeydə alınıb.
Musavat.com
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ