İnsanlara hürriyət, millətlərə istiqlal!

“Komedixana”nın aktyoru "zapravka"da işləyir? - VİDEO

Bakıda yanacaqdoldurma məntəqələrindən birində çalışan şəxsin görünüşü diqqət çəkib.

Onun "Komedixana"nın aktyoru Həsrətə həddindən artıq bənzəməsi sosial şəbəkələrdə maraq və müzakirələrə səbəb olub. Görüntüləri izləyənlər iki şəxsin oxşarlığına təəccübləndiklərini bildiriblər.

Yanacaqdoldurma məntəqəsinin əməkdaşı daha sonra "Komedixana"nın buraxılışlarından birinə qonaq qismində dəvət olunub. O, proqram zamanı səhnəyə çıxarılaraq aktyor Həsrətlə görüşüb.

İkilinin səhnədə qarşılaşması həm studiyada gülüş doğurub, həm də maraqlı anlarla yadda qalıb. Onların bir-birinə bənzərliyi veriliş iştirakçıları və tamaşaçıların diqqətindən yayınmayıb.

Sözügedən görüntülər sosial şəbəkələrdə də paylaşılaraq müzakirələrə səbəb olub.

Həmin maraqlı anları təqdim edirik:

milli.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR