İnsanlara hürriyət, millətlərə istiqlal!

İki şəhid övladı DTX-nin Akademiyasına qəbul oldu – FOTO

Xəbər verdiyimiz kimi, bu il ali məktəblərə qəbul olan məzunlar arasında şəhid övladları da var.

İmtahanlarda yüksək nəticə göstərən iki şəhid övladı Dövlət Təhlükəsizlik Xidmətinin Akademiyasına qəbul olublar.

Şəhid Polkovnik-leytenant Rəşad Sadıqovun oğlu Nihad Sadıqov və şəhid Kapitan Elnur Cəfərovun övladı Məhəmməd Cəfərov akademiyada təhsil alacaqlar.

Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Rəşad Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəşad Sadıqov oktyabrın 29 də Laçın döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

Kapitan Elnur Cəfərov 2014-cü il yanvarın 23-də Ağdərə rayonunda tapşırıqda olarkən şəhidlik zirvəsinə ucalıb. Ölümündə sonra “Hərbi xidmətə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” və “ İgdliyinə görə” medalları ilə təltif edilib./unikal/

İki şəhid övladı DTX-nin Akademiyasına qəbul oldu - FOTO

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR