İnsanlara hürriyət, millətlərə istiqlal!

Yevlaxda yanacaqdoldurma məntəqəsində yanğın olub – FOTO

Yevlaxda yanacaqdoldurma məntəqəsində yanğın baş verib.

Hadisə “TOT Oil” yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

Belə ki, “Toyota Corolla” markalı, “77-FE-478” dövlət qeydiyyat nişanlı minik avtomobilinə yanacaq doldurularkən maşının yanacaq çənində yanğın baş verib.

Yanğın nəticəsində avtomobilin yanar hissələri və yük yerində olan 8 ədəd 20 litrlik plastik və dəmir qabda yanacaq yanıb. Yüksək temperaturun təsirindən yanacaqpaylayıcı kalonkanın idarəetmə lövhəsi qarsalanıb.

Hadisə zamanı avtomobilin sürücüsü qol nahiyəsindən yanıq xəsarəti alıb və təcili tibbi yardım briqadasına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Yevlaxda yanacaqdoldurma məntəqəsində yanğın olub – FOTO

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR