İnsanlara hürriyət, millətlərə istiqlal!

Kənan Yıldız ağır zədə aldı

"Yuventus"un türkiyəli yarımmüdafiəçisi Kənan Yıldız İtaliya A Seriyasının ilk turunda keçirilən "Frozinone" qarşılaşmasında zədə alıb.

21 yaşlı futbolçunun sol ayağında sınıq müəyyənləşib.

Aparılan tibbi müayinələrdən sonra Kənan Yıldızın əməliyyat olunmasına qərar verilib. Onun tam bərpasının təxminən üç ay davam edəcəyi gözlənilir.

Türkiyəli futbolçu "Frozinone" ilə 1:0 hesablı qələbə ilə başa çatan görüşdə 69-cu dəqiqəyədək meydanda olub. Daha sonra onu Jeremi Boqa əvəzləyib.

Qeyd edək ki, Kənan Yıldız 2025/2026 mövsümündə "Yuventus"un heyətində bütün turnirlər üzrə 47 oyunda iştirak edib. O, həmin qarşılaşmalarda 11 qol vurub və 10 məhsuldar ötürmə edib.

Kənan Yıldızın Turin təmsilçisi ilə müqaviləsi 2030-cu il iyunun sonuna qədər qüvvədədir./milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR