İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev Ukraynanı belə hədələyir – FT açıqladı

Donald Tramp administrasiyası Ukrayna Rusiyanın enerji obyektlərinə zərbələri davam edərsə, PURL mexanizmi vasitəsilə Kiyevə silah çatdırılmasını dayandırmaqla hədələyir.

Musavat.com xəbər verir ki, məlumatı Financial Times qəzeti mənbələrə istinadən yayıb: "Avropa rəsmilərinin sözlərinə görə, Tramp administrasiyası Kiyevi Rusiyanın enerji obyektlərinə zərbələri dayandırmağa məcbur etmək üçün Ukraynaya silah tədarükü mexanizmini dayandırmaqla hədələyir".

Mənbələrə görə, sözügedən mexanizm NATO müttəfiqlərinin ABŞ-dan Ukrayna üçün silah almaq üçün istifadə etdiyi PURL (Ukraynanın Prioritet Tələbləri Siyahısı) mexanizmidir.

Qəzetin mənbələri əlavə edib ki, bundan əlavə, Vaşinqton Kiyevlə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmaqla da hədələyir.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR