İnsanlara hürriyət, millətlərə istiqlal!

Turan Əsədov İŞDƏN ÇIXARILDI - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 3 saylı Şəki–Zaqatala regional filialının müdiri Turan Əsədov vəzifəsindən azad olunub.

Bununla bağlı müvafiq əmr imzalanıb. 

Əmrə əsasən, o, iyunun 1-dən etibarən filial müdiri vəzifəsindən azad edilib.

Qeyd edək ki, T.Əsədov ötən ilin martında xidməti avtomobili ilə Şəki rayonundan iftardan qayıdarkən Qax rayonunun Güllük kəndindən keçən avtomobil yolunun qaranlıq hissəsində dayanan piyadanı vuraraq qəza törədib. Həmin vaxt DSMF-nin yaydığı məlumatda bildirilib ki, T.Əsədov hadisədən dərhal sonra yaralı piyadanı xəstəxanaya çatdırsa da, həyatını xilas etmək mümkün olmayıb. (İqtisadiyyat.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2026

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR