Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə sürətlə yayılan video milyonlarla baxış toplayaraq gündəmə çevrilib.
Kadrlarda bir kişinin sevgilisinin həyat yoldaşının qəfil evə qayıtdığını görən kimi 10-cu mərtəbənin pəncərəsindən çıxaraq binanın fasadı ilə aşağı enməsi əks olunub.
Şahidlər bildiriblər ki, qadın qorxudan divara yapışaraq sanki “hörümçək-qadın” kimi hərəkət edib. Onun bu cəld və təhlükəli manevrləri ətrafdakıların həm təəccübünə, həm də vahiməsinə səbəb olub.
Hadisə yerinə polis çağırılıb. Videonun dəqiq harada qeydə alındığı açıqlanmasa da, sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb və qısa müddətdə viral olub.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ