Onlayn ictimai-siyasi qəzet
İran Məhkəmə Hakimiyyətinin rəhbəri Qolamhüseyn Möhseni-Ejei ölkədəki son proseslər fonunda kəskin bəyanatla çıxış edib.
Musavat.com xəbər verir ki, Möhseni-Ejei bu dəfə vəziyyətin əvvəlki illərlə müqayisədə tam fərqli olduğunu bildirib və xarici dəstəyin artıq açıq şəkildə elan edildiyini vurğulayıb.
Onun sözlərinə görə, 2019 və 2022-ci illərdə yaşanan hadisələrdən fərqli olaraq, hazırkı mərhələdə “bəhanə yoxdur” və “düşmənin planı büllur kimi aydındır”. Məhkəmə rəhbəri xalqa və onların ailələrinə müraciət edərək bildirib ki, bu dəfə məsuliyyətdən yayınmaq mümkün olmayacaq: “Mərhəmət aldananlaradır, amma indi hər şey açıq-aydındır.”
Musavat.com
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ