Onlayn ictimai-siyasi qəzet
Sabunçu rayonu ərazisində baş verən ölüm hadisəsinin qətl olduğu müəyyənləşib.
Musavat.com xəbər verir ki, avqustun 23-də gecə saatlarında 1980-ci il təvəllüdlü Nail Syubayevin yaşadığı evdə boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq özünü öldürməsi barədə polisə məlumat daxil olub.
Aparılan araşdırmalarla müəyyən edilib ki, N.Syubayev həyat yoldaşı, 1984-cü il təvəllüdlü Alfina Azizova tərəfindən münaqişə zəminində bıçaqla öldürülüb.
A.Azizova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma davam etdirilir.
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ