Onlayn ictimai-siyasi qəzet
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra vəfat edib.
Musavat.com xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub. İlkin məlumata görə, bir müddət əvvəl onun ürəyində problem yaranıb. Müğənni əməliyyatdan sonra həyatını itirib.
Qeyd edək ki, Daşqın Eldarlı Gəncə və ətraf bölgələrdə tanınan ifaçılardan olub. O, əsasən el şənliklərində çıxış edib.
Şahanə Rəhimli,
Musavat.com
12 Oktyabr 2026
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ