Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Atlantik və ya Sakit okeanın adını dəyişərək “Tramp okeanı” və ya “Amerikalar okeanı” adlandırmağı təklif edib.
Musavat.com xəbər verir ki, Tramp bu fikri Tennessi ştatında tərəfdarları qarşısında çıxışı zamanı səsləndirib.
“Atlantik və ya Sakit okean haqqında düşünürdüm. Onu “Tramp okeanı” və ya “Amerikalar okeanı” adlandıracağıq. Bunu vəzifəmdən getməzdən əvvəl etməliyik”, - deyə ABŞ prezidenti bildirib.
Tramp daha əvvəl də coğrafi obyektlərin adlarının dəyişdirilməsi ilə bağlı təşəbbüslərlə çıxış edib. O, Hörmüz boğazının adının öz şərəfinə dəyişdirilməsi ehtimalını da gündəmə gətirib.
Qeyd edək ki, Tramp administrasiyası daha əvvəl Meksika körfəzinin adını “Amerika körfəzi” olaraq dəyişdirib. ABŞ prezidenti həmçinin Kanada ilə ticarət ziddiyyətləri fonunda Ontario gölünün adının “Amerika gölü” kimi dəyişdirilməsini nəzərdə tutan fərman imzalayıb.
Bununla belə, coğrafi obyektlərin ABŞ daxilində rəsmi adlarının dəyişdirilməsi həmin adların digər ölkələr tərəfindən də qəbul olunması demək deyil. Kanada hökuməti Ontario gölü ilə bağlı qərardan sonra əvvəlki addan istifadəni davam etdirəcəyini bəyan edib.
Şahanə Rəhimli
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ