Onlayn ictimai-siyasi qəzet
Ukrayna Rusiya lideri Vladimir Putin 60 günlük atəşkəsə razılıq verəcəyi təqdirdə, ölkədə yeni prezident seçkiləri keçirməyə hazırdır.
Musavat.com xəbər verir ki, bu bəyanatla Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edib.
Bu barədə "RBC-Ukraine" məlumat yayıb.
"Əgər Putin 60 günlük atəşkəsə razılaşarsa, Ukrayna seçkilər keçirəcək", – deyə Zelenski vurğulayıb.
Dövlət başçısının bu açıqlaması ABŞ Prezidenti Donald Trampın Ukrayna xalqını açıq şəkildə yeni lider seçməyə çağırmasından dərhal sonra gəlib.
Zelenski bu addımı ilə həm Vaşinqtonun təzyiqlərinə cavab verib, həm də topu Moskva meydançasına ataraq seçki prosesini birbaşa Rusiyanın atəşkəsə razılaşması şərtinə bağlayıb.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ