İnsanlara hürriyət, millətlərə istiqlal!

Zooparkda DƏHŞƏT: Qəfəsə girdi, pələng diri-diri parçaladı

Böyük Britaniyanın Yorkşir qraflığında yerləşən zooparkda dəhşətli ölüm hadisəsi baş verib. Pələng ziyarətçilərdən birini parçalayaraq qətlə yetirib.

Musavat.com xəbər verir ki, bu barədə polisə istinadən "The Guardian" nəşri məlumat yayıb.

Məlumata görə, həmin şəxs pələngin olduğu qəfəsə özü daxil olub. Yırtıcı dərhal ona hücum çəkərək ağır və ölümcül xəsarətlər yetirib.

Əraziyə gələn həkim briqadası zərərçəkənin həyatını xilas edə bilməyib. Hadisə zamanı heyvanın xəsarət almadığı və qəfəsdə saxlanıldığı bildirilir.

Kişinin qəfəsə hansı səbəbdən və necə girdiyi hələlik bəlli deyil. Onun adı və yaşı açıqlanmır.

"New York Post"un yaydığı görüntülərin təsvirinə görə, pələng çəmənlikdə əyləşən və müqavimət göstərməyə çalışan kişinin kürəyini dişləyərək cırmaqlamağa başlayıb. İlk zərbələrdən sonra həmin şəxs barmağını qaldıraraq heyvanı dayandırmağa çalışıb və "Yox! Yox! Yox!" deyə qışqırıb. Dəhşətə gələn şahidlər gözləri qarşısında cərəyan edən faciəni fəryad içində izləyiblər.

Hadisədən dərhal sonra zooparkdakı bütün ziyarətçilər evakuasiya olunub, ərazi bağlanıb. "Yorkshire Wildlife Park" rəhbərliyi pələnglərin qəfəsində ağır insidentin yaşandığını təsdiqləyib və parkın oktyabrın 11-də də bağlı qalacağını bəyan edib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmaları davam etdirir və ictimaiyyətdən dəhşətli hücum görüntülərini sosial şəbəkələrdə yaymamağı xahiş edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR