İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Rusiyadan tələb etdi: könüllü çəkilin

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentindəki çıxışı zamanı Rusiyadan Ermənistan Dəmir yollarının idarəetməsindən könüllü çəkilməsini tələb edib.

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, baş nazir bunu Rusiya idarəetməsində dəmiryollarının beynəlxalq dəmiryollarına inteqrasiyasının mümkün olmaması ilə əsaslandırıb:

"Rusiyalı tərəfdaşlarımızdan elastiklik nümayiş etdirmələrini və konsessiya hüquqlarını həm Ermənistan, həm də Rusiya üçün məqbul olan üçüncü bir ölkəyə satmalarını xahiş edirik. Dəmir yolu Ermənistanın mülkiyyətidir və Rusiya Dəmir Yolları tərəfindən yalnız idarə olunur. Biz Rusiyaya və onun maraqlarına hörmətlə yanaşırıq, lakin Ermənistan Dəmir Yollarının Rusiyanın nəzarəti altında olduğunu nəzərə alsaq, indi Ermənistanı beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiya etmək üçün bu tarixi fürsəti əldən vermək riski ilə üzləşirik. Bu tarixi fürsəti əldən verə bilmərik. TRIPP heç bir xarici hərbi və ya silahlı mövcudluğu nəzərdə tutmur".

Qeyd edək ki, bir müddət əvvəl Paşinyan Ermənistan Dəmir Yollarının Qazaxıstanın idarəçiliyinə verilməsini mümkün saydığını bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR