İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotik daşıyan gəmi vuruldu, 2 ölü var

ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) Sakit okeanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan gəmiyə hərbi zərbə endirib.

Musavat.com xəbər verir ki, bu barədə komandanlığın mətbuat xidməti rəsmi məlumat yayıb.

Hərbi əməliyyat nəticəsində gəmidə olan iki nəfərin həlak olduğu bildirilir. Məlumata görə, bu, iyunun 21-dən bəri ABŞ ordusunun Sakit okean akvatoriyasında narkotik alverçilərinə qarşı həyata keçirdiyi ilk bu cür birbaşa hərbi müdaxilə hesab olunur.

Regionda kontrabandaya qarşı mübarizə çərçivəsində SOUTHCOM-un növbətçi qüvvələri tərəfindən nəzarət və patrul əməliyyatlarının davam etdirildiyi qeyd olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR