İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacıyev Buxaradan paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Buxaradan paylaşım edib.

Musavat.com xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.

"Qarabağdan Buxaraya uzanan bir elm yolu… XVII əsrin görkəmli filosofu və alimi Yusif Qarabaği Qarabağdan çıxaraq Səmərqənd və Buxarada fəaliyyət göstərib, Orta Asiyanın elmi-mədəni həyatında mühüm iz qoyub. 1619-cu ildə Buxara hökmdarı Bahadur xan onun şərəfinə kitabxana tikdirib və Yusif Qarabağini həmin kitabxananın rəhbəri təyin edib. Bu gün də Yusif Qarabağinin məzarı Buxaradadır. Qarabağdan Buxaraya - əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü", - deyə o, paylaşımda qeyd edilib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR