Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ hərəkatını ölkəsinin dövlətçiliyini və gələcəyini məhv etməyə yönəlmiş layihə adlandırıb.
Musavat.com “Armenpress”ə istinadən xəbər verir ki, Paşinyan bu bəyanatı parlamentdə hökumətin beşillik proqramını təqdim edərkən səsləndirib.
Baş nazir 2019-cu ildə Xankəndidə dediyi “Qarabağ Ermənistandır və nöqtə” ifadəsinə də münasibət bildirib. Onun sözlərinə görə, Ermənistan 35 il ərzində Qarabağ üçün bütün imkanlarını səfərbər etsə də, sonda bu ideologiyanın ölkəni təhlükəli siyasi tələyə saldığı məlum olub.
“Qarabağ hərəkatı Ermənistanın dövlətçiliyini və gələcəyini sıfırlamağa yönəlmiş layihə idi. Biz xalqın mandatı ilə bu layihəni bağladıq”, – Paşinyan bildirib.
Bu açıqlama Ermənistanın keçmiş rəhbərliyi və Qarabağ klanına qarşı ən sərt siyasi ittihamlardan biri hesab olunur.
Musavat.com
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ