İnsanlara hürriyət, millətlərə istiqlal!

Saxta “filantrop” maskası bir də cırıldı: Qlobal maliyyə hoqqabazından separatçı liderədək - Vardanyan cinayətlərinin tam xronologiyası

ABŞ Hərbi Dəniz və Hərbi Hava Qüvvələri üçün ixtisaslaşdırılmış strateji materiallar istehsal edən yeganə türk mühəndis, “Integrated Polymer Industries” şirkətinin təsisçisi, B-2 və F-35 stels-bombardmançı təyyarələrinin görünməzlik örtüklərinin müəllifi Ergün Kırlıkovalı Nyu-York Universitetinin professoru, dünyaca məşhur yazıçı Nassim Nikolas Talebə kəskin məzmunlu açıq məktub ünvanlayıb.

Ergün KIRLIKOVALI - Atlas Üniversitesi

Ergün Kırlıkovalı

Kırlıkovalı Talebin Livan əsilli sentimentallıqla Ruben Vardanyanın Bakıda həbsdə saxlanmasına etiraz olaraq ictimai mühazirələrdən imtina etməsinə cavab verərək, onu oliqarxın qurma “filantrop” obrazının arxasında gizlənən regional cinayət imperiyasını görməyə və özünün məşhur “kor nöqtə” nəzəriyyəsinin qurbanı olmamağa çağırıb.
Dünyaşöhrətli filosof və “Qara qu quşu” nəzəriyyəsinin müəllifi Nassim Nikolas Talebin Ruben Vardanyan kimi qlobal miqyaslı maliyyə fırıldaqçısının və separatçı təxribatçının müdafiəsinə qalxması, intellektual camiədə ciddi təəssüf və təəccüb doğurmaya bilməzdi. Öz kitablarında insanları illüziyalara qapılmamağa, “sistemik riskləri” öncədən sezməyə çağıran bir mütəfəkkirin Vardanyan kimi beynəlxalq miqyaslı siyasi alverçinin tora saldığı “xeyriyyəçilik” şousuna bu qədər asanlıqla aldanması, bəlkə də intellektual tarixin ən böyük paradokslarından biridir. Ergün Kırlıkovalının Talebə ünvanladığı kəskin və faktlarla zəngin məktub məhz bu korluğu darmadağın etmək, "filantrop" maskası geyinmiş bir cinayətkarın əsl simasını dünya ictimaiyyətinə göstərmək baxımından tarixi bir sənəddir.

Nassim Nicholas Taleb, certain of uncertainty : “The antifragile thrives on  chaos” | Philonomist.

Nassim Nikolas Taleb

Kırlıkovalının haqlı olaraq vurğuladığı kimi, Vardanyanın illər boyu böyük ustalıqla inşa etdiyi "yüksək profilli xeyriyyəçi" obrazı, əslində onun çirkli maliyyə əməliyyatlarını, qeyri-qanuni kapital axınlarını və suveren dövlətlərin ərazisindəki separatizmə verdiyi dəstəyi gizlətmək üçün istifadə etdiyi mükəmməl bir "narrativ qalxan" idi. Taleb kimi bir tədqiqatçının bu qalxanın arxasına keçərək, 30 ildən artıq bir müddətdə doğma torpaqlarından didərgin salınmış bir milyona yaxın azərbaycanlının fəlakətini, Xocalı soyqırımının qanlı irsini görməzdən gəlməsi və bir transmilli maliyyə hoqqabazını “humanitar qəhrəman” kimi qələmə verməsi, ən yumşaq ifadə ilə, etik müflisləşmədir.

Vardanyan şimdi de Nesimi'nin bu gazelini OKUDU | Modern.az

Ruben Vardanyan

Vardanyanın qurduğu "xeyriyyəçilik imperiyası"nın maya dəyəri isə təkcə insan qanı ilə deyil, qlobal səviyyəli çirkli pulların yuyulması sxemləri ilə ölçülür. Beynəlxalq araşdırmaçı jurnalistlərin (OCCRP) "Troika Laundromat" adlı məşhur hesabatı sübut edir ki, Vardanyanın rəhbərlik etdiyi "Troika Dialog" investisiya bankı Rusiyadan 4,6 milyard dollardan çox qanunsuz vəsaitin çıxarılması və ofşor zonalara daşınması üçün yaradılmış nəhəng bir maliyyə təmizləmə qurğusunun mərkəzində dayanıb. Bu şəbəkə miqrant fəhlələrin, heç bir şeydən xəbəri olmayan adi vətəndaşların şəxsiyyət məlumatlarını oğurlayaraq, onların adına saxta şirkətlər və hesablar açıb, milyardlarla dolları qlobal maliyyə sisteminə sızdırıb. Özünü qərb kilsələrində və humanitar forumlarda "müqəddəs" kimi qələmə verən bu adam, əslində insanları soyan və beynəlxalq hüququ tapdalayan bir bandit sisteminin maliyyə beyni olub.

4395864.jpg (96 KB)

Bu çirkli pulların bir hissəsinin sonradan Ukraynada törədilən hərbi cinayətlərin və beynəlxalq sanksiyalardan yayınma mexanizmlərinin maliyyələşdirilməsinə yönəldilməsi də təsadüf deyildi. Ukrayna hökumətinin hələ 2022-ci ildə Vardanyanı Rusiya təcavüzünə şərait yaradan şəxs kimi sanksiya siyahısına salması, onun qlobal təhlükəsizlik üçün necə bir təhdid olduğunu bütün dünyaya göstərmişdi.

Ancaq Vardanyanın cinayət xronologiyası təkcə maliyyə fırıldaqları ilə bitmir. 2022-ci ilin sentyabrında onun Rusiya vətəndaşlığından guya "imtina edərək" Azərbaycanın Qarabağ iqtisadi rayonuna – Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında peyda olması, regionu yeni bir qan dəryasına qərq etmək planının tərkib hissəsi idi. Qondarma rejimdə "dövlət naziri" kürsüsünə oturdulan bu avantürist, Bakı ilə Ermənistan arasında yenicə cücərən dialoq imkanlarını açıq şəkildə baltaladı. O, Xankəndidən Azərbaycan rəhbərliyini küstahcasına hədələyir, dinc erməni əhalisini canlı qalxan kimi istifadə edərək onları revanşizmə və silahlı müqavimətə təhrik edirdi. Eyni zamanda, "Qızılbulaq" və "Dəmirli" yataqlarını qanunsuz istismar edərək milli sərvətlərimizi talamaqla yanaşı, bölgədə ekoloji terroru maliyyələşdirirdi.
2023-cü ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi 23 saatlıq lokal antiterror tədbirləri Vardanyanın və onun separatçı xuntasının bütün xülyalarını darmadağın etdi. Qadın paltarı geyinib dinc sakinlərin arasında gizlənərək Laçın sərhəd-buraxılış məntəqəsindən qaçmağa cəhd edən bu "cəsur filantrop", Dövlət Sərhəd Xidmətinin peşəkar əməkdaşları tərəfindən yaxalandı.

Ordumuzun 23 saatlıq mükəmməl əməliyyatı: 1 il ötdü » BNTV.az

Bakı Hərbi Məhkəməsində keçirilən açıq və şəffaf məhkəmə prosesi Vardanyanın cinayət əməllərini təkzibedilməz faktlarla İFŞA etdi. Terrorçuluğun maliyyələşdirilməsi, qanunsuz silahlı birləşmələrin yaradılması və idarə olunması, Azərbaycanın dövlət sərhədini pozma kimi ağır maddələrlə ittiham olunan Vardanyana qarşı təqdim edilən audio və video yazılar, bank köçürmələrinin izləri onun əslində bir siyasi fiqur deyil, transmilli terror şəbəkəsinin rəhbərlərindən biri olduğunu sübuta yetirdi. 2026-cı ilin fevralında Bakı Hərbi Məhkəməsinin çıxardığı 20 il müddətinə azadlıqdan məhrumetmə hökmü, təkcə bir fırıldaqçıya verilən cəza deyil, beynəlxalq hüququn və tarixi ədalətin təntənəsi idi.

Рубен Варданян: «Оставайтесь людьми со своими ценностями»

"Anewz" beynəlxalq xəbər kanalının təqdim etdiyi sənədli filmdə də açıq şəkildə göstərildiyi kimi, Vardanyanın "Aurora" kimi humanitar mükafatlar təsis etməkdə yeganə məqsədi özünün cinayətkar keçmişini təmizləmək və qlobal siyasi elitalara rüşvət vermək olub. Ergün Kırlıkovalının Nassim Talebə vurduğu intellektual zərbə isə bir daha göstərir ki, heç bir saxta sülhməramlı maskası, heç bir bəlağətli xeyriyyəçilik ritorikası qan və cinayət üzərində qurulmuş bir imperiyanı xilas edə bilməz. Taleb kimi alimlər isə nəhayət anlamalıdırlar ki, kölgə ticarətçilərinin və müharibə alverçilərinin tərəfində durmaq intellektual dürüstlüyə vurulan ən ağır zərbədir.

Əli Rais,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR