İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya səfiri İrəvanda XİN-ə çağırıldı: nota verildi

Ermənistan Xarici İşlər Nazirliyi Rusiyanın İrəvandakı səfirini quruma dəvət edib.

Musavat.com xəbər verir ki, səfirə dövlət televiziyasının efirində səsləndirilmiş bəyanatlarla bağlı etiraz notası təqdim olunub.

Rəsmi açıqlamada qeyd olunur ki, sözügedən bəyanatlar Ermənistan Respublikasının suverenliyinə yolverilməz müdaxilə, açıq-aşkar düşmənçilik təzahürü kimi qiymətləndirilir və Ermənistan–Rusiya münasibətlərinin əsas prinsiplərini kobud şəkildə pozur.

Ermənistan XİN-in bildirişində vurğulanır ki, bu cür açıqlamalar iki ölkə arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərə zərbə vurur və rəsmi İrəvan tərəfindən qətiyyətlə qəbulolunmaz hesab edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR