İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşu ölkədə bir uşağı məktəbə yola salmağın qiyməti valideynlərə od qoydu – alış-veriş təxirə salınır

Rusiyada yeni tədris ili ərəfəsində məktəbli üçün zəruri geyim və ləvazimatların qiyməti yenidən artıb.

Musavat.com xəbər verir ki, minimum məktəb dəstinin orta qiyməti 6,3 faiz bahalaşıb. Mash Money-nin araşdırmasına əsasən, bir uşağı məktəbə hazırlamaq üçün valideynlər minimum 18,9 min rubl (təxminən 400 manat) xərcləməli olacaqlar.

1–25 iyul tarixləri üzrə median qiymətlər belədir:

Məktəbli forması – 5 399 rubl (təxminən 114 manat), +7 faiz.

Bel çantası – 4 705 rubl (təxminən 99 manat), +6 faiz.

Uşaq ayaqqabısı – 2 089 rubl (təxminən 44 manat), +10 faiz.

Uşaq idman ayaqqabısı – 2 067 rubl (təxminən 44 manat), +10 faiz.

Məktəbli köynəyi/bluzası – 1 078 rubl (təxminən 23 manat), +7 faiz.

Uşaq şalvarı/ətəyi – 949 rubl (təxminən 20 manat), +7 faiz.

Uşaq futbolkası – 621 rubl (təxminən 13 manat), +9 faiz.

Dəftər dəsti – 491 rubl (təxminən 10 manat), +7 faiz.

Qələm və karandaş dəsti – 427 rubl (təxminən 9 manat), +3 faiz.

Gündəlik – 183 rubl (təxminən 4 manat), +12 faiz.

Ucuzlaşan yeganə məhsul dəftərxana ləvazimatları ilə birlikdə satılan penal olub. Onun qiyməti 12 faiz azalaraq 916 rubla (təxminən 19 manat) düşüb.

Məktəbli forması, bel çantası və gündəliklərin satışı 10–15 faiz azalıb. Valideynlərin alış-verişə tələsmədiyi və avqustu gözlədiyi bildirilir. Buna səbəb məktəblərin tələb olunan ləvazimatların tam siyahısını hələ təqdim etməməsidir.

Bunun əvəzində idman ayaqqabıları və gündəlik geyimlər daha fəal alınır. Valideynlər bu məhsulların dərsdən sonra da istifadə edilə bilməsini nəzərə alırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR