İnsanlara hürriyət, millətlərə istiqlal!

Qar və yoxsulluğu yararaq məktəbə gedən uşaq: Qırğızıstan prezidentindən nümunəvi addım

Qırğızıstanda çəkilən və sosial şəbəkələrdə sürətlə yayılan bir video ölkə ictimaiyyətində böyük rezonans doğurub.

Musavat.com xəbər verir ki, Videoda dördüncü sinif şagirdi Nurzaman Almazbekovun məktəbə çatmaq üçün metrə yaxın qar yığınlarını yararaq irəlilədiyi görünür.

Hadisə qısa müddətdə ölkə rəhbərliyinin də diqqətini cəlb edib. Qırğızıstan Prezidenti Sadır Japarov məktəblini Yeni il şənliyinə dəvət edib, ona noutbuk və futbol topu hədiyyə edib. Prezident, Nurzamanın telefonunun olmadığını öyrəndikdən sonra isə öz şəxsi iPhone-unu uşağa verib.

Qeyd olunur ki, Nurzaman Almazbekov altı uşaqlı ailənin dördüncü övladıdır. O, məktəbin ən yaxşı şagirdlərindən biri hesab olunur: riyaziyyat və qırğız ədəbiyyatına xüsusi maraq göstərir, eyni zamanda yaxşı rəsm çəkir və futbol oynayır.

Bu hadisə sosial şəbəkə istifadəçiləri tərəfindən həm uşağın əzmkarlığının, həm də dövlət başçısının diqqət və həssaslığının bariz nümunəsi kimi dəyərləndirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR