Onlayn ictimai-siyasi qəzet
İranın sonuncu şahının oğlu Rza Pəhləvi ölkə vətəndaşlarına açıq çağırış edərək kütləvi etirazlara çıxmağa səsləyib.
Musavat.com xəbər verir ki, o, iranlıları 8 və 9 yanvar tarixlərində yerli vaxtla saat 20:00-da küçələrə çıxmağa dəvət edib.
Rza Pəhləvi bildirib ki, onun bundan sonrakı addımları və açıqlamaları məhz iranlıların bu çağırışa necə cavab verməsindən asılı olacaq. O, çıxışının məqsədinin “keçid prosesinə liderlik etmək” olduğunu vurğulayıb.
Pəhləvinin sözlərinə görə, əsas hədəf sülh yolu ilə dəyişikliklərə nail olmaqdır. Bu dəyişikliklər milli referendum və konstitusiya məclisi vasitəsilə həyata keçirilməlidir. O həmçinin qeyd edib ki, “İranda həlledici mübarizə” üçün əvvəlkindən daha çox hazırdır.
Musavat.com
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ