İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənc yaşda həyatdan köçən ulduzlar: Bəzilərinin ölümü hələ də müzakirə olunur

Amerikalı aktrisa Hayden Panettyerinin 36 yaşında qəfil vəfat etməsi dünya şou-biznesini sarsıdıb. Aktrisanın ölümündən sonra gənc yaşda həyatdan köçən digər məşhur Hollivud simaları da yenidən xatırlanıb.

Hayden Panettyeri

“Heroes” və “Nashville” serialları ilə tanınan Hayden Panettyeri avqustun 16-da 36 yaşında vəfat edib.

Ukraynalı boksçu Vladimir Kliçkonun keçmiş nişanlısı olan aktrisa Cənubi Karolinada huşsuz vəziyyətdə tapılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Meyitin müayinəsi zamanı zorakılıq əlamətləri aşkarlanmayıb. Ölümün dəqiq səbəbi ilə bağlı araşdırma davam edir.

Hit Ledger

Avstraliyalı aktyor Hit Ledger 22 yanvar 2008-ci ildə cəmi 28 yaşında vəfat edib.

Aktyor Nyu-Yorkdakı mənzilində ölü tapılıb. Rəsmi məlumata görə, onun ölümünə eyni vaxtda qəbul etdiyi bir neçə dərmanın orqanizmə təsiri səbəb olub.

Hit Ledger xüsusilə “The Dark Knight” filmində yaratdığı Joker obrazı ilə yadda qalıb.

Mişel Traxtenberq

“Buffy the Vampire Slayer” və “Gossip Girl” seriallarının ulduzu Mişel Traxtenberq 26 fevral 2025-ci ildə 39 yaşında vəfat edib.

Aktrisa Manhettendəki evində huşsuz vəziyyətdə tapılıb. Sonradan tibbi ekspertiza onun şəkərli diabetin ağırlaşmaları nəticəsində öldüyünü müəyyən edib.

Pol Uoker

“Fast & Furious” filmlərinin ulduzu Pol Uoker 30 noyabr 2013-cü ildə 40 yaşında avtomobil qəzasında həyatını itirib.

Aktyor dostu Rocer Rodasın idarə etdiyi idman avtomobilində olarkən maşın idarəetmədən çıxaraq ağaca və dirəyə çırpılıb, daha sonra alovlanıb. Qəza nəticəsində hər iki şəxs ölüb.

Britani Mörfi

Amerikalı aktrisa Britani Mörfi 20 dekabr 2009-cu ildə, 32 yaşında vəfat edib.

O, yaşadığı evin hamamında huşunu itirib və xəstəxanaya çatdırılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər. Ekspertiza ölümün əsas səbəbinin pnevmoniya olduğunu, dəmir çatışmazlığı anemiyası və qəbul etdiyi dərmanların da vəziyyəti ağırlaşdırdığını müəyyən edib.

Brendon Li

Brüs Linin oğlu, aktyor Brendon Li 31 mart 1993-cü ildə cəmi 28 yaşında faciəli şəkildə həyatını itirib.

O, “The Crow” filminin çəkilişləri zamanı istifadə olunan silahdan açılan atəş nəticəsində ağır yaralanıb. Çəkiliş üçün nəzərdə tutulan silahda qalan mərmi aktyorun ölümünə səbəb olub. Həkimlərin müdaxiləsinə baxmayaraq, Brendon Lini xilas etmək mümkün olmayıb.

Deyvi Çeyz

“The Ring” filmində Samara Morqan obrazı ilə məşhurlaşan Deyvi Çeyz 16 iyun 2026-cı ildə 35 yaşında vəfat edib.

Aktrisa həmçinin “Lilo & Stitch” animasiya filmində Lilo obrazını səsləndirib. Los-Anceles dairəsinin tibbi ekspertizasının məlumatına görə, onun ölümünün əsas səbəbi QİÇS olub. Xroniki şəkildə müxtəlif maddələrdən istifadə isə ölümə təsir edən əlavə amil kimi göstərilib.

Gənc yaşlarında böyük şöhrət qazanan bu aktyorların faciəli taleləri illər keçsə də, pərəstişkarları tərəfindən unudulmur./Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR