Onlayn ictimai-siyasi qəzet
Qara dənizdə Türkiyə şirkətinin idarə etdiyi “Volgo-Balt 226” quru yük gəmisinə pilotsuz uçuş aparatları ilə hücum edilib.
Musavat.com xəbər verir ki, bu barədə "Maritime Voice" dənizçilik portalı məlumat yayıb.
Məlumatda bildirilir ki, hücum nəticəsində gəminin ekipaj üzvlərindən heç kim xəsarət almayıb.
Gəmidə 10 Azərbaycan və 1 Gürcüstan vətəndaşı olub.
Zərbə nəticəsində gəminin kapitan körpüsü və ekipaj üçün nəzərdə tutulan kabinlərə ziyan dəyib.
Buna baxmayaraq, “Volgo-Balt 226” aldığı zədələrə rəğmən hərəkətini davam etdirərək Trabzon istiqamətində irəliləyib.
Musavat.com
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ