Onlayn ictimai-siyasi qəzet
Avropa birjasında təbii qazın qiyməti mart ayından bəri ilk dəfə 1 000 kubmetr üçün 800 dollar həddini aşıb.
Musavat.com xəbər verir ki, bu barədə Londondakı ICE birjasının ticarət göstəricilərində məlumat verilib.
Məlumata görə, Niderlandın TTF habında sentyabr fyoçerslərinin qiyməti sürətlə artaraq 800,4 dollar/min kubmetrə çataraq psixoloji həddi geridə qoyub.
Analitiklər qiymət artımını yeraltı qaz anbarlarının doldurulma tempinin aşağı düşməsi, Yaxın Şərqdə davam edən geostrateji gərginlik və Avropadakı anomal isti hava şəraiti səbəbindən enerji tələbatının artması ilə əlaqələndirirlər.
Qeyd edək ki, bundan əvvəlki maksimal qiymət həddi martın 19-da qeydə alınmışdı. Həmin vaxt Yaxın Şərq ölkələrinin qaz infrastrukturuna endirilən zərbələr fondunda qiymətlər 2022-ci ilin dekabrından bəri ilk dəfə 1 000 kubmetr üçün 850 dolları ötürmüşdü.
Musavat.com
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ