İnsanlara hürriyət, millətlərə istiqlal!

Bloqer evini yandırdı, uşaqlarının əlinə isti şam tökdü - FOTOLAR

ABŞ-da sosial şəbəkədə məşhurlaşmağa çalışdığı bildirilən iki uşaq anasının paylaşdığı görüntülər böyük qalmaqala səbəb olub.

Hadisə Florida ştatının Mayami şəhərində baş verib. 26 yaşlı Meliza Kampos-Sançes evində yanğın törətməkdə və azyaşlı qızlarına isti mum tökməkdə ittiham olunaraq həbs edilib.

55 min izləyicisi olan qadının paylaşdığı videolardan birində gümüşü maska taxaraq mətbəxdə rəqs etdiyi görünür. Daha sonra o, yerə topladığı paltarların üzərinə yanıcı maye tökür və alovun yüksəlməsini izləyir. Hadisə yerinə yanğınsöndürənlər çağırılıb.

Araşdırma zamanı Kampos-Sançesin azyaşlı qızlarının üzərinə isti mum tökdüyünü göstərən başqa görüntülər də aşkarlanıb. Videolar sosial şəbəkələrdə ciddi etiraza səbəb olub.

Görüntüləri araşdıran hüquq-mühafizə orqanları qadını saxlayıb. Hadisənin bütün təfərrüatları və uşaqların hazırkı vəziyyəti ilə bağlı araşdırma davam etdirilir./Lent.az

Məqaləyə dair fotomateriallar:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR